Sizin texnolojı dünyanız

img
Xidmətlər
img
İT infrastruktur
İT infrastrukturun, serverlərin qurulması və nizamlanması
img
Təhlükəsizlik
Təhlükəsizlik, biometrik və videomüşahidə sistemlərinin qurulması
img
Saytların yaradılması
Şəxsi ve biznesiniz üçün saytların yaradılması
img
HDD təmiri
Hard disklərin təmiri və bərpası

HAQQIMIZDA

İTser Group - kompüter texnologiyaları sahəsində ixtisaslaşmış yüksək kvalifikasiyalı və təcrübəli kompüter və noutbuk təmirçilərindən, sistem administratorlarından (İT operatorlardan), proqramçılardan, WEB dizaynerlərdən və təhlükəsizlik sistemləri üzrə mütəxəssislərdən ibarət bir komandadır. Komandamızın informasiya sistemlərinin qurulması və idarə olunması üzrə zəngin peşəkar bilikləri və təcrübəsi vardır, bu da bizə öz müştərilərimizə geniş çeşidli xidmətlər təklif etmək imkanı yaradır. Bizim başlıca məqsədimiz – müştərilərimizin şəxsi və biznes üzrə proseslərin stabilliyini, təhlükəsizliyini təmin etməkdir və effektivliyini artıran faydalı IT xidmətlər göstərməkdir. Komandamızda yalnız öz işini bilən peşəkarlar çalışır və müştərilərə yüksək xidmət göstərilməsi üçün dəqiqliklə bölüşdürülmüşdür. Əməkdaşların seçimi bir çox peşəkar və mənəvi xüsusiyyətlərə görə aparılmışdır ki, bu da təşkilati cəhətdən möhkəm komanda yaratmağa imkan vermişdir.

Xidmətlər

Sizə aşağıda qeyd edilən xidmətləri təklif edirik. - Kompleks İT xidmətlər, İT infrastrukturun qurulması və serverlərin qoşulması və nizamlanması
- Təhlükəsizlik, biometrik yoxlama və videomüşahidə sistemlərinin qurulması
- Hard disklərin (HDD) təmiri və bərpası
- Lokal (daxili) ve internet şəbəkələrin yaradılması
- Təsadüfən silinmiş və itirilmiş məlumatların bərpa olunması
- Korporativ və fərdi texniki dəstək xidmətləri
- Kompüterlərin diaqnostikası, təmiri, sazlanması və modernizasiyası
- Şəxsi ve biznesiniz üçün saytların yaradılması
- Virusların təmizlənməsi, proqram təminatınının yazılması və bərpası (format)
- Kompüterlərin Sizə lazım olan parametrlərlə yığılması
Bütün təqdim etdiyimiz xidmətlər yüksək keyfiyyətlə yerinə yetirilir və 3 aydan 12 ayadək zəmanət verilir.

İT infrastrukturun, serverlərin qurulması və nizamlanması

Lokal və internet şəbəkələrin qurulması, wi-fi ve ADSL modemlərin, serverlərin qurulması və nizamlanması xidmətlərini təqdim edirik. Tam olaraq video, fayl və SQL serverlərin quraşdırılaraq nizamlanması, lokal şəbəkələrin, printerlərin qurulması və internetə qoşulmasını təmin edirik. Quraşdırdığımız serverlər hər cür intensiv yüklənmələrə tab qətirirlər. Göstərilən xidmətlərə və serverlərə 18 ay zəmanət verilir.

Təhlükəsizlik sistemləri

Evinizdə, ofisinizdə biometrik və videomüşahidə sistemlərinin qurulması və istəklərinizə uyğun nizamlanması. Biometrik sistemləri (barmaq izi, üz tanıma funksiyası) Siz ofisinizə və ya öz təhlükəsizliyiniz üçün istifadə edə bilərsiniz. Sistem yalnız 100% uyğunluq olduqda giriş üçün icazə verir və qeydiyyatın vaxtı, kim tərəfindən keçid olduğunu sistemdə qeyd edir. Ofisinizə quraşdıraraq Siz işçiləriniz dəqiq olaraq işə gəlmə vaxtını və getmə vaxtını biləcəksiniz. Biometrik sistemlə buraxılış kartlı turniketlərin fərqi ondadır ki, kartdan başqa birisi istifadə edə bilər, yalnız biometrik sistemdən başqasının istifadə etməsi mümkün deyil. Quraşdırdığımız kameralar bütün görüntüləri sistemdə yazır və Siz istədikdə dünyanın hər bir yerindən kamera görüntülərinə baxa bilərsiniz.

Hard disklərin (HDD) təmiri və bərpası

İTser komandası Sizə zədələnmiş hard disklərin (HDD) təmirini xidmətini təklif edir. Bəzən belə hallar olur ki, hard disk mexaniki zədə və ya elektrik cərəyanın stabil olmaması nəticəsində zədələnir, yalnız Hard diskdəki fayllar vacib olur və Siz onları bərpaetmək istəyirsiniz. Biz Sizin hard diskinizdəki faylları bərpa edərək və mümkün olduqda HDD-ni təmir etməyi xidmətini Sizə təklif edirik. Əgər hard disklə əlaqədar hər hansı bir problemlə qarşılaşsanız, özünüz təmir etməyə çalışmayın, çünki HDD çox zərif bir detaldır və hətta daxilində barmaq izi belə onu tmamilə sıradan çıxara bilər.

Saytların tərtibatı

İTser komandası Sizə istənilən ekran ölçüsünə uyqunlaşan web/mobil saytların, online mağazaların, şəxsi, biznes və portfolio saytların tərtibatı, köhnə saytların müasir üslubda hazırlanması, üzərinə yeni modulların yazılması və istənilən ekran ölçüsünə görə uygunlaşdırılması (responsive design) xidmətlərini təklif edir. Saytların kodları tam optimizasiya edilir və keyfiyyətli serverlərə quraşdırılır, bu isə saytın tez açılmasını təmin edir. Saytlara istədiyiniz domen əlavə edilir (Az. Com. Org və s.). Sayt tərtib edildikdən sonra 1 ay ödənişsiz texniki yardım göstərilir.

Portfolio